"Azərbaycan himni səslənəndə göz yaşlarıma hakim ola bilmədim" - FOTOLAR

12 Avqust 2022 13:20 Taekvondo 1 817
"Azərbaycan himni səslənəndə göz yaşlarıma hakim ola bilmədim" - FOTOLAR

"Çox sevinirəm ki, Azərbaycanın aktivinə qızıl medal qazandırdım. Bu mənim üçün çox vacib idi".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanmış taekvondoçu Fəridə Əzizova deyib.

67 kq çəki dərəcəsində bu uğura nail olan 27 yaşlı idmançı yarışın onun üçün asan keçdiyini bildirib:

"İndoneziya, Mərakeş və İran idmançılarına qalib gəldim. Yarış mənim üçün çox çətin keçmədi. Daha çətin rəqiblərim olub. B

akıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görülmüşdüm, burada isə qızıl medal qazandım. Azərbaycan himni səslənəndə göz yaşlarıma hakim ola bilmədim".

Fəridə Əzizova bildiri ki, karyerasını Olimpiya medalı olmamış bitirmək istəmir:

"Zədələrim olduğu üçün məşqlərə tam gücümlə qatıla bilmirdim. Ancaq məşqçilərimə söz vermişdim ki, nəyin bahasına olur-olsun, buradan medalla qayıdacağam.

Hər zamankı kimi hədəf qızıl medal idi. Çox xoşbəxtəm ki, ən azından müəllimlərin mənə olan etimadını doğrulda bildim.

Bu il keçiriləcək Qran-pri və dünya çempionatı, eləcə də 2024-cü ildə Bakıda baş tutacaq dünya çempionatına hazırlaşırıq.

Təbii ki, 2024-cü ildəki Paris Olimpiadası da var. Karyeramı olimpiadada medal qazanmamış tamamlamaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?