"Azərbaycanı futboldan tanıyırdım, ona görə də təklif gələndə qəbul etdim"

17 İyun 2022 02:10 Taekvondo 1 148
"Azərbaycanı futboldan tanıyırdım, ona görə də təklif gələndə qəbul etdim"

"Futbol azarkeşiyəm. Azərbaycanı futboldan tanıyırdım.

Bu ölkənin tarixindən xəbərim var idi. Ona görə də təklif gələndə qəbul etdim.

İstənilən milli komandanın baş məşqçisi olmaq qürurvericidir. Odur ki, bu, mənim üçün şərəfdir".

Sportinfo.az xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan milli komandasının Aleksandar Trifunoviç jurnalistlərə açıqlamasında deyib.

Serbiyalı mütəxəssis Azərbaycan basketbolu haqqında çox məlumatlı olmadığını bildirib:

"Yalnız ölkə xaricində çıxış edən Orxan Hacıyev və Cordan Devisi tanıyırdım. Amma Serbiyanın paytaxtı Belqradda basketbolun 3x3 növü üzrə yarışda olanda oyunçuların əksəriyyətini gördüm və onlarla tanış oldum.

Fikrimcə, həm həyatda, həm də basketbolda əvvəlki dövrlə indikini müqayisə etmək düzgün deyil. Çünki hər şey inkişaf edir.

Mən hansısa yerli vətəndaşdan daha böyük azərbaycanlı ola bilmərəm. Amma yığmanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!