"Klublar bu sistemə qoşulmaqda maraqlıdır"

21 Mart 2022 02:40 Taekvondo 760
"Klublar bu sistemə qoşulmaqda maraqlıdır"

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Dünya Taekvondo Federasiyasının rəsmi üzvlük sisteminin ilk qeydiyyatından keçən yerli taekvondo bölmələri və klublarla görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə çıxış edən ATF-in baş katibi Həmdiyyə Məmmədov federasiyanın qlobal üzvlük sisteminə qoşulmasını mütərrəqi hadisə kimi qiymətləndirib.

O, bu sistemin taekvondo klublarına, məşqçi-müəllimlərə və idmançılara səmərəli fəaliyyət göstərməsinə şərait yaradacağını qeyd edib.

Vitse-prezident Nağı Səfərov isə rəsmi qeydiyyatdan keçən bütün klubları və taekvondo bölmələrini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

“İlk tədbir kimi martın 30-da keçiriləcək dan imtahanı məhz bu sistem vasitəsilə baş tutacaq. Artıq indiyədək 33 klub, 1000-dən artıq üzv bu sistemdə qeydiyyatdan keçib. Sevindirici haldır ki, klublar bu sistemə qoşulmaqda maraqlıdır və özlərini ən yaxşı tərəfdən göstərirlər”.

Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Vüqar Məmmədov Dünya Taekvondo Federasiyasının tərkibindəki milli federasiyaların rəsmi üzvlük sistemini tətbiq etməli olduğunu və bunun beynəlxalq federasiya tərəfindən qoyulan bir tələb olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ATF digər ölkələrin yerli federasiyaları kimi bu prosesə qoşulmaqla, öz ciddi dəstəyini verməklə beynəlxalq federasiya qarşısında öz öhdəliyini yerinə yetirib.

ATF-in beynəlxalq əlaqələr üzrə katibi Cəlal Səfərov sistemin üstünlüklərindən danışıb, artıq taekvondo üzrə yerli yarışların, imtahanların, seminarların və digər bu qəbildən olan bütün tədbirlərin qlobal üzvlük sistemi əsasında aparıldığını vurğulayıb.

Sonda Azərbaycan Taekvondo Federasiyası rəsmi üzvlük sistemində qeydiyyatdan keçmiş klub məşqçilərinə üzvlük vəsiqələri, sertifikatlar və hədiyyələr təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı