Azərbaycan millisi 3 medalla qayıdır - “President Cup"dan

15 Mart 2022 01:40 Taekvondo 888
Azərbaycan millisi 3 medalla qayıdır - “President Cup

İranın paytaxtı Tehranda Asiya regionu üzrə parataekvondoçular arasında G-2 kateqoriyalı “President Cup” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışa 5 idmançı ilə qatılan Azərbaycan millisi üç medal qazanıb.

Millinin baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"