Ağayev və İsayev yalnız finalda məğlub oldu - "Fajr Open"də

10 Mart 2022 00:10 Taekvondo 718
Ağayev və İsayev yalnız finalda məğlub oldu -

Azərbaycanın kişi taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində 2 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə 68 kq-da Cavad Ağayev və 87 kq-da Radik İsayev yalnız final döyüşlərində məğlub olaraq ikinci yeri tutublar.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə yarışın ən yaxşı komanda rəhbəri adına layiq görülüb.

Daha əvvəl qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib çıxıblar.

Milli komanda martın 10-dan etibarən 4 gün davam edəcək G-2 kateqoriyalı “President Cup Asia” turnirində qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"