Azərbaycan taekvondoçusu dünya çempionu oldu - FOTO

30 İyun 2017 16:00 Taekvondo 873
Azərbaycan taekvondoçusu dünya çempionu oldu - FOTO

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3.

Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb. Daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti