Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, iranlı legioner yarımfinalda Moldovanı təmsil edən üçqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Aaron Kuku məğlub edib - 41:5.
Finalda Harçeqaninin rəqibi rusiyalı Anton Kotkov olacaq. Daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.

