"Problemi yoxdur, Bakıdadır"

3 Yanvar 2022 02:00 Taekvondo 816
"Problemi yoxdur, Bakıdadır"

Azərbaycan Taekvondo Federasiyasının Niyaməddin Paşayev idmançıların durumu ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, yığmanın yanvarın 5-də təlim-məşq toplanışı keçəcəyini bildirib:

“Radik İsayev karyerası barədə qərar verə bilmirdi. Axırda bildirdi ki, gələn il Çinin Usi şəhərində keçiriləcək dünya çempionatından sonra karyerası barədə yekun qərar versin.

Milad Beiqi İran İslam Respublikasından Azərbaycana gələrkən universitet bitirsə də, hərbi xidmətdə keçməyib. Ona görə də hərbi qanunlara əsasən, onun müəyyən prosedurları keçməsi lazım idi.

Əks halda, səfərə çıxmasına imkan verilməyəcəkdi. Hazırda bu baxımdan problemi yoxdur, Bakıdadır.

O, yanvarın 5-dən etibarən komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti