Kəmaləddin Heydərov öz qardaşını da federasiya rəhbərliyinə gətirdi - FOTO

31 Dekabr 2021 17:00 Taekvondo 2 026
Kəmaləddin Heydərov öz qardaşını da federasiya rəhbərliyinə gətirdi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Kəmaləddin Heydərov yenidən Azərbaycan Taekvondo Federasiyasının prezidenti seçilib.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər.

Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir.

Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək.

Kəmaləddin Heydərov öz qardaşını da federasiya rəhbərliyinə gətirdi

Konfransda Taekvondo Federasiyası İcraiyyə Komitəsinə (İK) də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

İK-in tərkibinə daxil olanlardan biri Kəmaləddin Heydərovun qardaşıdır. Səməd Heydərov əsasən biznes fəaliyyəti ilə məşğuldur və bir çox inşaat şirkətinin sahibi kimi tanınır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti