Çempionumuzdan DÇ-da gözlənilməz məğlubiyyət

28 İyun 2017 18:24 Taekvondo 931
Çempionumuzdan DÇ-da gözlənilməz məğlubiyyət

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb. Radik İsaev (+87 kq) ilk döyüşündə Mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11).

Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb. Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3).

Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub. Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!