2 taekvondoçumuz dünya çempionatında medalsız qaldı

27 İyun 2017 13:36 Taekvondo 52 099
2 taekvondoçumuz dünya çempionatında medalsız qaldı

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Sportinfo.az-ın Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

Hər iki taekvondoçumuz iki döyüşdə qalib gəlsələr də, növbəti qarşılaşmadan məğlub ayrılıb. Ayxan Tağızadə (68 kq) Livan idmançısı Rayan Delbani (22:11) və Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu 11:3 hesabı ilə məğlub etsə də, Çin-Taypeyli taekvondoçu Yu-Jen Huanga məğlub olaraq yarışı başa vurub.

Fəridə Əzizova (67 kq) da Faber İsabella (LÜK) (24:1) və Vanessa Koerndlı (ALM) üzərində 7-6 hesablı qələbə qazansa da, Koreyalı idmançı Jan Di-Kimlə döyüşdən məğlub (0:7) ayrılaraq yarışla vidalaşıb. Çempionatın dördüncü günü kişilərin yarışmasında 58 kq çəki dərəcəsində Fizam Mehtiyev mübarizəyə qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti