Dünya çempionumuz İranda hərbi xidmətə çağırıldı

5 Dekabr 2021 02:50 Taekvondo 890
Dünya çempionumuz İranda hərbi xidmətə çağırıldı

Birillik fasilədən sonra Azərbaycanda taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Milad Beiqi və Olimpiya çempionu, dünya və Avropa çempionu Radik İsayev bu birincilikdə iştirak etməyib.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib (oxu.az):

“Ayxan Tağızadənin dizində zədə olduğu üçün ötən ay əməliyyat olunub. Milad Beiqi hazırda İrandadır.

Onun İran qanunvericiliyinə görə, hərbi xidmət məsələsi var. Əslində ağır çəki dərəcələrində kifayət qədər yetərsay olmadığından, onun gəlib, yenidən İrana qayıtmasını istəmədik.

Radik İsayev də hazırda Rusiyadadır. O da yarışda çəki dərəcəsində rəqabət üçün yetərsay olmadığı üçün iştirak etməyəcək.

Digər legionerlərimizdən Həşim Məhəmmədov və Patimat Abakarova isə yarışda mübarizə aparacaq. Həşimdə pasport problemi vardı. Artıq həmin məsələ həll olunub”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!