COVID-19 pasportu olmayanlar Azərbaycan çempionatına buraxılmayacaq

24 Noyabr 2021 00:50 Taekvondo 918
COVID-19 pasportu olmayanlar Azərbaycan çempionatına buraxılmayacaq

Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!