Fərid Qayıbov onları görüşə çağırdı, dinlədi və... FOTO

19 Noyabr 2021 19:20 Taekvondo 558
Fərid Qayıbov onları görüşə çağırdı, dinlədi və... FOTO

Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa çempionatının qalibləri və onların məşqçiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, F.Qayıbov gənc idmançıları təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.

Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənov (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı