”Deyirlər ki, mən qəsdən uduzmuşam, bunu satmışam”

7 Oktyabr 2021 20:20 Taekvondo 666
”Deyirlər ki, mən qəsdən uduzmuşam, bunu satmışam”

“Bizim bəzi problemlərimiz var. Bəlkə də buna görə nəticələr pisdir“.

Sportinfo.az xəbər verir ki, bu sözləri taekvando üzrə Azərbaycan yığmasının lideri Milad Beyqi Herçeqani dilə gətirib,

Rio Olimpiadasında bürünc mükafata layiq görülən Milad Tokio-2020-də əsas medal ümidlərimizdən sayılırdı. Lakin o, Tokio Olimpiadasında mübarizəni dayandırıb.

80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Nikita Rafaloviçə (Özbəkistan) uduzub. İlk hissəni özbək 2:0 irəlidə bitirib. Növbəti 2 dəqiqəlik bölümdə də Herçeqani vəziyyəti dəyişə bilməyib və hesabdakı fərq 4 xala çatıb.

Sonuncu hissədə taekvondoçumuz daha zəif döyüşüb və yekunda 1:12 hesabı ilə yenilib. Milad onu Rafaloviçə bilərəkdən uduzmaqda ittiham edənlərin olduğunu açıqlayıb:

”Deyirlər ki, Olimpiadada özbəkistanlı rəqiblə görüşünü satıb. Federasiyada da kimsə bunu demişdi. Bu yalandır, yalan!

Eşidəndə çox pis oldum, mənə pis təsir etdi. İdmançı necə olur ki, döyüşü satır? Heç kim üzümə baxıb demirdi. Mətbuatda da kimsə yazmışdı.

Deyirlər ki, guya zəif döyüşmüşəm, çünki döyüşümü satmışam. Bu necə ola bilər? Zəif olmaq döyüşü bilərəkdən uduzmaqdır?”.

Digər Xəbərlər
Xəbər Lenti