
"Azərbaycanı çox sevirəm. Müharibədə dünyasını dəyişənləri anırıq.
Əsgərlər böyük iş gördülər. Öz həyatlarını düşünmədən 30 ildir hamının gözlədiyi torpaqları geri aldılar.
Buna bütün azərbaycanlılar kimi çox sevindim. Hərçənd, hələ də Rusiya vətəndaşıyam".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın taekvondo üzrə olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev deyib. Əslən Dağıstandan olan 32 yaşlı idmançı hazırda Mahaçqalada istirahət etdiyini bildirib.
Ağır çəkidə çıxış edən taekvondoçu gələcək karyerasına dair qərar vermədiyini vurğulayıb: "Milli komanda məşqlərini bərpa edib.
Mənə isə hələ bir müddətlik də istirahət verilib. Bakıya iki aydan sonra qayıtmağı düşünürəm. Yığmada qalıb-qalmamağımla bağlı problem yoxdur. Buna özüm qərar verəcəm".