Azərbaycan yığmalarında baş məşqçi dəyişikliyi – İranlı gətirildi

8 Sentyabr 2021 01:20 Taekvondo 2 374
Azərbaycan yığmalarında baş məşqçi dəyişikliyi – İranlı gətirildi

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub.

Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.

Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21-yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar