"O, səhvlərə yol verirdi"

26 İyul 2021 09:10 Taekvondo 759
"O, səhvlərə yol verirdi"

"Fəridə Əzizovanın (67 kq) uduzmasına çox pis oldum. Ona uğurlar arzulayıram.

Mənim ilk döyüşümdə isə hələ bədən tam açılmamışdı və bir az çətinliklər var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəldiyi görüşdən sonra deyib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibinin bəzi səvhlərə yol verdiyini bildirib: "Ümid edirəm ki, növbəti qarşılaşmalarım bundan yaxşı olacaq".

Hərçəqani 1/4 final mərhələsindəki potensial rəqiblərini tanıdığını sözlərinə əlavə edib: "Özbəkistanlı idmançı ilə iki dəfə görüşmüşəm. Birində qalib gəlsəm də, digərində məğlub olmuşam".

Milad Beigi Hərçəqani 1/4 final mərhələsində Nikita Rafaloviç (Özbəkistan) - Hernandes Moises (Dominikan Respublikası) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu