“Ümid” Qubada 2 günlük beynəlxalq turnir təşkil edəcək

10 İyun 2017 11:24 Taekvondo 1 108
“Ümid” Qubada 2 günlük beynəlxalq turnir təşkil edəcək

Qubada “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə beynəlxalq turnir keçiriləcək. Sportinfo.az xəbər verir ki, 22 iyulda başlayacaq yarış iki gün davam edəcək.

Olimpiya İdman Kompleksindəbaş tutacaq tədbir 2008-2009, 2006-2007-ci il təvəllüdlü uşaq, 2003-2005 –ci il təvəllüdlü yeniyetmə və 2000-2002-ci il təvəllüdlü gənc taekvondoçular arasında təşkil ediləcək.

Sınaqda respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı Rusiya, Gürcüstan, İran və İrak idmançılarıda mübarizə aparacaq.

“DAEDO İnternational” taekvondo sistemilə keçiriləcək turnirində mükafatçılar sırasında yer alan idmançılar “Ümid” taekvondo klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti