"Təəssüf, futbolçularla o qədər tanışlığım yoxdur, yalnız Kamranla..."

23 May 2021 21:00 Taekvondo 3 737
"Təəssüf, futbolçularla o qədər tanışlığım yoxdur, yalnız Kamranla..."

“Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərovu tanımıram.

Baxmayaraq ki, yaşıdıq və o da mənim kimi Qusardandır. Təəssüf ki, azərbaycanlı futbolçularla o qədər də əlaqəm, tanışlığım yoxdur, amma qapıçı Kamran Ağayevlə birgə tədbirdə olmuşam”.

Sportinfo.az xəbər verir ki, bunu taekvondo üzrə ikiqat dünya və Avropa mükafatçısı Fəridə Əzizova deyib.

Azərbaycanı üçüncü dəfə Olimpiadada təmsil edəcək 25 yaşlı idmançı Milli Olimpiya Komitəsinin rəsmi “Instagram” hesabında saytımızın əməkdaşının futbolla bağlı verdiyi sualı cavablandırıb:

“Futbola baxan deyiləm. Bu da daha çox vaxt azlığı ilə bağlıdır. Amma futbol oynayıram. Ümumiyyətlə, taekvondoçular futbol oynayanda top yerdə olmur, ancaq havada olur (gülür). Futbol oynayanda adətən müdafiəçi oluram. Amma bəzən qapıda da dururam”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı