"Hələ vaxtımız var" – Vitse-prezident nəyə ümid edir?

12 May 2021 17:20 Taekvondo 669
"Hələ vaxtımız var" – Vitse-prezident nəyə ümid edir?

"Zədəli olduğu üçün Türkiyədəki turnirdə iştirak edə bilməmişdi. Zədədən yeni qayıtmasına baxmayaraq, Avropa çempionatına qatıldı".

Sportinfo.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyamaddin Paşayev Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirindəki çıxış barədə danışıb.

Finala çıxmaqla Tokio olimpiadasına lisenziya qazanan Fəridə Əzizova (67 kq) ilə bağlı fikirlərini bildirən federasiya rəsmisi ondan yaxşı nəticə gözlədiyini bildirib:

"O, öz üzərində çox çalışmışdı və burada güclü rəqiblərə qalib gələrək lisenziya qazandı. Əvvəlki 2 olimpiadada uğursuzluqdan sonra bu dəfə nəticə qazanacağına inanıram.

Pandemiya şəraitində məşq etməyin çətinliyini və digər amilləri nəzərə alsaq, lisenziyanın 50 faizini təmin etmişik. Düzdür, bu, 75, 100 faiz də ola bilərdi.

Amma idmanda belə hallar da baş verir. Ümid edirəm ki, bu idmançılarımız olimpiadada medal qazanacaq və ölkəmizi layiqincə təmsil edəcəklər. Vaxtımız var, yaxşı hazırlaşıb Tokiodan uğurlu nəticələrlə dönə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti