Çempionumuz kənarda qaldı

8 May 2021 21:20 Taekvondo 621
Çempionumuz kənarda qaldı

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün yarışda Azərbaycan millisinin sonuncu idmançısı dayanq üzərinə çıxacaq.

Kişilər

+80 kq
İlk mərhələdən azad olan Olimpiya çempionumuz Radik İsayev 1/4 finalda Miloş Pilipoviçə (Norveç) qalib gələn Miloş Qoluboviçlə (Serbiya) qarşılaşıb. İsayev rəqibini məğlub etməkdə çətinlik çəkməyib.

O, 20:10 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. Təəssüf ki, o, 6:13 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Olimpiadaya 4 mümkün lisenziyadan artıq ikisini əldə edib. Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti