"Austrian Open”: Yeniyetmə və gənc taekvondoçularımız 17 medal qazandı

5 İyun 2017 09:48 Taekvondo 769
"Austrian Open”: Yeniyetmə və gənc taekvondoçularımız 17 medal qazandı

Avstriyanın İnssbruk şəhərində yeniyetmə və gənc taekvondoçuların açıq birinciliyi başa çatıb. Sportinfo.az xəbər verir ki, G1 kateqoriyalı “Austrian Open”də 17 medal qazanılıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil ediblər. Milli komandalarımız 6 iyunda Vətənə dönəcəklər.

Gənclərdə baş məşqçi Məmməd Abdulayev və çslışdırıcı Zahid Məmmədovun rəhbərliyi Məhəmməd Əlizadə (48 kq) 1-ci, Bəhruz Quluzadə (45 kq), Mehriban Məmmədova (44 kq) 2-ci, Xanoğlan Kərimov (48 kq), Mehdi Tağıyev (78 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qənbərli (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyeva (55 kq) 3-cü olublar.

Yeniyetmələrdə baş məşqçisi Səbuhi Zülfüqarov və məşqçi Sənan Həşimovun şans verdiyi Yaşar Məmmədli (45 kq) qızıl, Riyad Şirəliyev (41 kq), İlahə Quluzadə (59 kq) gümüş, Nihad Əlizadə (33 kq) və İsmayıl İsmayılov (41 kq) və Ofeliya Allahverdiyeva (41 kq) bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti