Azərbaycanlı Türkiyədə ən yaxşı seçildi - FOTO

17 Mart 2021 10:40 Taekvondo 579
Azərbaycanlı Türkiyədə ən yaxşı seçildi - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə "Turkish Open" beynəlxalq turnirində Azərbaycanı təmsil edən hakim Gündüz Abdullayev mükafat qazanıb.

Sportinfo.az xəbər verir ki, o, yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Azərbaycan milli komandası turnirdə 3 medal qazanıb. Milad Beigi Hərçəqani 87 kq çəkidə qızıl, Radik İsayev 87 kq-dan yuxarı çəkidə gümüş, Ayxan Tağızadə isə 74 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti