"Böyük motivasiya ilə qələbə qazanmağı gözləyirəm"

30 May 2023 02:30 Taekvondo 843
"Böyük motivasiya ilə qələbə qazanmağı gözləyirəm"

“Yeddi ildir taekvondo ilə məşğul oluram.

Dünya çempionatının Bakıda təşkil olunması bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçu Taleh Süleymanov AZƏRTAC-a müsahibəsində deyib.

Taekvondoçu bildirib ki, çempionata böyük məsuliyyətlə yanaşırlar. Uzun zaman çempionatla bağlı təlim-məşq toplanışında iştirak etmişik.

Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldıraq.

Mən mayın 31-də döyüşə çıxacam. Böyük motivasiya ilə qələbə qazanmağı gözləyirəm".

Ulu öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!