"Sabah" artıq elan etdi - Onu haradan almaq olar?

22 İyul 2023 01:20 Sabah 1 266
"Sabah" artıq elan etdi - Onu haradan almaq olar?

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışları başlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq

“Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.

“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.

Bilet almaq üçün https://iticket.az/events/sport/sabah-fk-fc-rfs/96863 linkinə daxil ola bilərsiniz.

“Iticket” satış məntəqələri: 28 mall, Gənclik mall, Heydər Əliyev sarayı, Azərbaycan kinoteatrının yanındakı kassa, Kontinental marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzi.

“Sabah” – RFS matçı avqustun 3-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti