Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, mübarizəyə 2-ci mərhələdən başlayacaq Azərbaycanın iki təmsilçisinin potensial rəqibləri də bu gün ilk matçlarına çıxıblar
"Sabah"ın potensial rəqibləri - Şimali Makedoniyanın "Makedoniya" və Latviyanın RFŞ komandaları üz-üzə gəlib.
Skopyedə keçirilən görüşdə qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.
"Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) - 0:1
Qol: İliç, 34

