Latviya çempionu Bakıya iddialı gəlib

1 Avqust 2023 21:20 Sabah 1 518
Latviya çempionu Bakıya iddialı gəlib

Latviya çempionu RFŞ Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah"la baş tutacaq cavab matçı üçün bu gün səhər ölkəmizə gəlib.

Evdə 0:2 hesablı məğlubiyyətə rəğmən qonaqlar növbəti mərhələyə iddialıdır.

Qarşılaşmadan 3 gün əvvəldən ölkəmizə gəlmək qərarı da bununla bağlıdır.

Görünür, avrokuboklarda daha təcrübəli olan rəqib Masazırda ilk oyundakı məğlubiyyətin əvəzin çıxmağa həvəslidir.

Komanda "Hyatt Regency" otelində məskunlaşıb.

Viktors Morozsun yetirmələri bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda ilk məşqə çıxıb.

Oyun öncəsi son məşq isə sabah eyni saatda oyunun keçiriləcəyi "Bank Respublika Arena"da baş tutacaq.

Oyun günü komanda dəstəksiz qalacaq. Çünki Latviyadan ölkəmizə azarkeş gələcəyi gözlənilmir.

Heç oyunu işıqlandırmaq üçün arenada qonaq həmkarlarımız da yer almayacaq.

Qeyd edək ki, “Sabah” – RFS oyunu avqustun 3-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Bu komandalar arasında Latviyada baş tutmuş ilk qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti