Konfrans Liqasında debüt edən "Sabah" avrokuboklarda ilk ev matçına hazırlaşır.
İkinci təsnifat mərhələsindən qatıldığı turnirə bakılılar Latviya zəfəri ilə start verdi.
Komandamız RFŞ-lə səfər matçından inamlı qələbə ilə (2:0) qayıtmağı bacardı.
Təbii ki, bununla kifayətlənmək olmaz. Növbəti mərhələ üçün cavab qarşılaşmasında da təcrübəli rəqib önündə üstünlüyü qorumaq şərtdir.
Bu yolda isə ən böyük dəstəkçi fanatlar olmalıdır.
Futbolçular meydanda tər axıdacaqsa, azarkeşlər də tribunada səsinə güc verməli olacaq.
İlk dəfə bir avrokubok qarşılaşması Masazırda keçirilir.
Qalır bircə arenaya gəlmək, dəstək olmaq, zəfərə birgə imza atmaq.
Klub da bu yolda öz addımlarından geri qalmır.
Təbliğat aparılır, çağırışlar edilir. Məsələn, son olaraq "bayquşlar" sosial şəbəkə hesablarından yaydığı videoda azarkeşləri stadiona səsləyib.
Ümid edək ki, fanatlar da çağırışa səsiz qalmayacaq və oyun saatı tribunlarda izdiham yaşanacaq. "Sabah"ın uğurlu sabahı üçün.
Bir daha xatırladaq ki, "Sabah" - RFS matçı avqustun 3-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

