Konfrans Liqasında debüt edən "Sabah" avrokuboklarda ilk ev matçına hazırlaşır.
Sporinfol.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Latviyadan RFS ilə qarşılaşacaq "bayquşlar" sosial şəbəkə hesablarında yaydığı videoda azarkeşləri stadiona səsləyib.
"Sabah" - RFS matçı avqustun 3-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq. Bu komandalar arasında Latviyada keçirilmiş ilk matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

