"Sabah"a bir “5” - VİDEO

27 İyul 2023 23:00 Sabah 742
"Sabah"a bir “5” - VİDEO

"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Latviyada RFS-in qonağı oldu.

Avrokuboklarda debüt matçını 2:0 hesablı qələbə ilə başa vuran Masazır klubunun matçını dəyərləndirən Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, rəqib üstün görünsə də, komandamız daha ağıllı oynadı:

"Sabah" təcrübəli futbolçularının sayəsində önəmli bir qələbə qazandı. Debüt etdikləri avrokubok matçından qalib ayrılaraq, cavab oyununa rahat çıxmaq imkanı əldə etdilər.

RFS matça sürətli başlasa da, üçüncü zonada istədiyini edə bilmədi. "Sabah"da mövqe sığortalamasında problemlər var.

RFS bir neçə epizodu boşa versə də, "Partizan" kimi komandalara qarşı daha diqqətli oynamaq lazımdır.

Bütün bunlara baxmayaraq, debüt matçındakı qələbəyə görə “Sabah”a yağlı "5" düşür".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti