“Sabah” RFŞ-ə qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Latviyaya yollanıb.
Amma xəbər verdiyimiz kimi Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev və məşqçilər korpusu adıçəkilən ölkəyə buraxılmaya bilərdi.
Buna səbəb onların Rusiya vətəndaşı olması və Latviyaya Avropa İttifaqına daxil olmayan ölkədən yollanmasıdır.
Əldə etdiyimiz son dəqiqə məlumatına görə, problem müsbət həllini tapıb.
Artıq təcrübəli mütəxəssis və köməkçiləri hazırda Rigada komandanın yanındadır.
İyulun 26-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

