Azərbaycan klubu səfərə çıxdı, baş məşqçi isə… FOTOLAR

25 İyul 2023 13:40 Sabah 1 144
Azərbaycan klubu səfərə çıxdı, baş məşqçi isə… FOTOLAR

“Sabah” RFŞ-ə qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Latviyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, iyulun 26-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Amma Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev və məşqçilər korpusu adıçəkilən ölkəyə buraxılmaya bilər.

Buna səbəb onların Rusiya vətəndaşı olması və Latviyaya Avropa İttifaqına daxil olmayan ölkədən yollanmasıdır.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yalnız Latviyaya çatdıqları zaman vəziyyətin bəlli olacağını bildirib:

“Həmin ölkədə belə bir qanun var, amma biz bütün lazımi prosedurları yerinə yetirmişik. Hüququ cəhətdən bir çətinlik yoxdur.

Viza məsələləri də qaydasındadır. Lakin hər şey paytaxt Riqaya çatdığımız zaman bilinəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti