Konfrans Liqasında debüt edəcək “Sabah” yeni transferə hazırlaşır.
Premyer Liqanın gümüş medalçısı ilk növbədə müdafiə xəttini gücləndirməyə çalışır.
Masazır təmsilçisi Maruan Hadhudiyə dəvət göndərib. 31 yaşlı mərkəz oyunçusu 2020-ci ildən Mərakeşin əsas millisinə dəvət alır və ötən zaman kəsiyində 7 matça çıxıb.
Maraqlıdır ki, onun bütün karyerası yalnız ölkəsiylə bağlıdır. “Raja Kasablanka”nın yetirməsi hazırda da bu komandanın formasını geyinir.
Maruan ötən illər ərzində “Rasinq AC”, “Şabab Rif Al”, “Hoceyma”, “RS Berkane” və “Difa El Jadida”nın da şərəfini qoruyub.
SPORTİNFO.AZ

