DİQQƏT: "Sabah"ı Latviyada nələr gözləyir?

23 İyul 2023 23:40 Sabah 1 268
DİQQƏT: "Sabah"ı Latviyada nələr gözləyir?

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Sabah" 26 iyul mübarizəyə start verəcək.

İkinci mərhələdən turnirə qatılan təmsilçimiz ilk görüşünü Latviyanın RFŞ klubuna qarşı səfərdə keçirəcək.

Masazır klubunun səfər planı artıq dəqiqləşib.

Belə ki, komanda oyundan iki gün əvvəl çarter reysi ilə Latviyaya yola düşəcək.

Bakı klubu səhər saatlarında çatacağı paytaxt Rigada ən məşhur oteli sayılan "Baltic Beach" Hotel"də məskən salacaq.

5 ulduzlu otel Baltik dənizinin sahilində yerləşir və hava limanı ilə yarım saatlıq məsafədədir.

Murad Musayevin yetirmələri həmin gün axşam oyun öncəsi son məşqinə çıxacaq.

Oyun bitəndən həmən sonra isə təmsilçimiz vətənə geri dönəcək.

İyulun 26-da “Sloka” stadionunda keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti