"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, iyulun 26-ı keçiriləcək (Bakı vaxtı ilə saat 20:00) RFŞ (Latviya) - "Sabah" görüşünü Çexiyadan Yan Maxalek idarə edəcək.
Ona Adam Harak və Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

