"Sabah" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə RFS-nin qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Latviyada baş tutacaq qarşılaşmanın biletləri onlayn satışa çıxarılıb.
"Slokas" stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 6 avro (11 manat) təşkil edir. Oyun günü isə biletin qiyməti 10 avro olacaq.
RFS - "Sabah" oyunu 26 iyul tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 3-də Bakıda baş tutacaq.

