"Sabah" avrokuboklarda ilk rəqibini tanıdı - Latviya klubu

20 İyul 2023 22:40 Sabah 462
"Sabah" avrokuboklarda ilk rəqibini tanıdı - Latviya klubu

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Masazır klubu bu raundda Latviyadan RFŞ ilə üz-üzə gələcək.

Latviya təmsilçisi I təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın "Makedoniya" kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi - 1:0.

"Sabah" RFŞ-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti