Onu "Sabah"da necə qarşılayıblar? – VİDEO+FOTO

21 İyul 2023 00:30 Sabah 994
Onu "Sabah"da necə qarşılayıblar? – VİDEO+FOTO

"Artıq 11 gündür ki, Avstriyada təlim-məşq toplanışındayıq.

Məşqlərimiz yüksək tempdə davam edir.

Konfrans Liqasına və Premyer Liqaya var gücümüz ilə hazırlaşırıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın yeni transferi Vinsent Till klubun Yutub kanalına açıqlamasında deyib.

23 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq paytaxt təmsilçisinə uyğunlaşdığını bildirib:

"Komanda yoldaşlarım çox mehribandırlar. Artıq komandaya uyğunlaşmışam. Jarl Marqarita ilə otaq yoldaşıyam.

Coy Lens Mikelslə də çoxlu söhbət edirəm. Onunla həm alman, həm də fransız dillərində danışa bilirəm.

Digər futbolçular da çox yaxşıdırlar. Lakin bu iki komanda yoldaşım ilə daha çox ünsiyyətdə oluram".

İyulun 15-də Almaniya "Sankt-Pauli"sinə qarşı matçda (1:4) meydana çıxaraq "Sabah"da debüt edən futbolçu görüşün maraqlı keçdiyini deyib:

"Rəqib həqiqətən də güclü komanda idi. Biz isə çox istəkli idik.

Fikrimcə, bizim keyfiyyətli komandamız var. Bu oyunların bizə nə qazandırdığını görəcəyik".

Vinsent sonda azarkeşlərə səslənib:

"Azarkeşlərimizə demək istəyirəm ki, bizim yanımızda olsunlar, bizə daim inansınlar, stadiona gələrək dəstək olsunlar.

Biz isə əlimizdən gələni edəcəyik. Sabah bizik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti