Fedayi San "Sabah" üçün Bakıya gələcək

20 İyul 2023 14:20 Sabah 1 168
Fedayi San "Sabah" üçün Bakıya gələcək

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunun təyinatı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Masazır klubunun qarşılaşmasını isveçrəli Fedayi San idarə edəcək.

Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.

"Sabah" "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti