Bu il ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah" ev oyunlarını keçirəcəyi "Bank Respublika Arena"da təmir işlərini sürətləndirib.
Masazırda yerləşən arenda olan Sportinfo.az-ın əməkdaşı görülən işlərlə yerində tanış olub.
Stadionun ətrafına dəmir hasar çəkilib.
Azarkeşlərin rahatçılığı üçün yeni giriş-çıxış qapılarına turniketlər yerləşdirilib.
Arenanın tablosu yenisi ilə əvəzlənib. Ehtiyat skamiyalar yenilənib.
Qonaq sektorda yenilənmə işləri davam edir.
Adıçəkilən arenadan çəkilən yeni fotoları sizə təqdim edirik.
Xatırladaq ki, ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Sabah" “Makedoniya GP” – RFŞ duelinin qalibi ilə ev oyunun 3 avqust, saat 20:00-da Bank Respublika Arenada keçirəcək.
XANOĞLAN

