Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün sonuncu yoxlama matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Azərbaycan klubunun heyətində Davit Volkov fərqlənib.
"Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.

