“Azərbaycanda klublar pul xərcləmək istəmir, onlara kredit verilməlidir” - VİDEO

17 İyul 2023 17:40 Sabah 665
“Azərbaycanda klublar pul xərcləmək istəmir, onlara kredit verilməlidir” - VİDEO

“Azərbaycanda klublar akademiyaya pul xərcləmək istəmirlər”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Premyer Liqa təmsilçilərinin uşaq futboluna münasibəti haqda danışan tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində maraqlı təklif səsləndirib.

O bildirib ki, klublara akademiya tikmək üçün kredit verilməlidir:

“Onlar akademiyaya yatırılan pulu sanki lazımsız görürlər. Bir az bu baxımdan “Sabah”ın da çətinlikləri var.

Düzdür, nəsə yaratmağa çalışırlar, lakin ovaxatkı “Bakı” kimi infrastruktura malik deyillər.

Kaş “Bakı”nın o akademiyası dağılmazdı. AFFA oranı alıb, hansısa kluba icarəyə verərdi.

Bu gün AFFA da akademiya mövzusunda “Sabah”a dəstək versə, yaxşı olar. Çünki “uşaq futbolunun inkişafi hansı qurumun üzərindədir” sualına heş cür cavab tapa bilmirik”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti