Azərabycan klubu 1 sent də ödəməyib - “Mets”in yetirməsi üçün

17 İyul 2023 17:00 Sabah 1 852
Azərabycan klubu 1 sent də ödəməyib - “Mets”in yetirməsi üçün

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” bir neçə gün öncə daha bir legionerlə anlaşdı.

Lüksemburqlu yarımmüdafiəçi Vensan Till ilə 2 illik müqavilə bağlandı.

23 yaşlı futbolçu “Mets”in (Fransa) yetirməsidir. O, karyerası ərzində bu klubun əsas və əvəzedici komandasında (2016-2018), həmçinin Fransanın “Po” (2018-2019), “Orleans” (2019-2020), Portuqaliyanın “Nasional” (2020-2021) klublarında çıxış edib.

2021-ci ildə Ukraynaya - “Vorskla”ya transfer olunub. Son iki mövsümdə icarə əsasında İsveçdə - “Örebro” (2022) və AİK-də (2022-2023) oynayıb.

Lüksemburq millisinin də üzvü olan Till burada 48 oyun keçirib, 3 qola imza atıb.

12 nömrəli formada çıxış edəcək yeni transferin “Sabah”a neçəyə başa gəlməsi ilə bağlı çoxsaylı xəbərlər yayılıb.

Premyer Liqamızın gümüş mdealçısının ona görə “Vorskla”ya 150 min avro təzminat ödəməsi kimi.

Əslində isə bu iddiaların heç biri həqiqətlə uzlaşmır. Azərbaycan klubu Lüksemburq yığmasının üzvünü havayı əldə eləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti