Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi toplanış çərçivəsində keçirəcəyi son yoxlama matçında Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.
Görüş iyulun 19-da, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.
“Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.

