Dünən “Sabah”da, bu gün “Sabah”da, sabah isə... VİDEO

17 İyul 2023 00:50 Sabah 913
Dünən “Sabah”da, bu gün “Sabah”da, sabah isə... VİDEO

“Sabah”ın Avstriyadakı təlim-məşq toplanışında hələlik hər kəsə yaxşı tanış olmayan bir futbolçu da var.

Sportinfo.az xəbər verir ki, söhbət gənc futbolçu Əhməd Tarverdiyevdən gedir.

“Sabah” akademiyasının yetirməsi olan Əhməd Tarverdiyev əsas komanda ilə birlikdə Avstriya toplanışına aparılıb.

O, hətta Qətərin “Əl-Sədd” komandası ilə yoxlama oyununda (3:1) sonradan meydana daxil olub.

Əhməd “Sabah”da 12 yaşından çıxış edir. 2007-ci il təvəllüdlü futbolçu son mövsümdə U-19-da çıxış edib.

Sağ cinah yarımmüdafiəçisi olan Tarverdiyev Azərbaycanın U-17 millisinə dəvət alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti