Azərbaycan klubu yeni transferə görə nə qədər xərcə düşüb? - MƏBLƏĞ VƏ İKİ ŞƏRT

16 İyul 2023 23:00 Sabah 2 318
Azərbaycan klubu yeni transferə görə nə qədər xərcə düşüb? - MƏBLƏĞ VƏ İKİ ŞƏRT

"Sabah"ın yay fasiləsində etdiyi ilk transfer Rəhman Daşdəmirov oldu.

Ötən mövsümün "Şamaxı"da keçirən müdafiəçinin Bakı klubuna hansı şərtlərlə keçdiyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, "Tələbələr" Rəhmana görə bölgə klubuna 50 min manat ödəniş ediblər.

Bundan başqa tərəflər arasında daha iki şərt razılaşdırılıb.

Belə ki, "Sabah" bu yay Konfrans Liqasının qrupuna düşsə əlavə 10 min manat ödəniş edəcək.

Bir də 2023/24 mövsümü çempionluq yaşansa "Şirlər" daha 10 min manat qabağa düşəcək.

Xatırladaq ki, 23 yaşlı arxa xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Daşdəmirov son mövsüm 37 görüşdə meydana çıxıb və 1 qolla yadda qalıb.

"Neftçi"nin yetirməsi "Şamaxı"dan başqa MOİK-in də şərəfin qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti