Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4.
Azərbaycan təmsilçisinin qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.
"Sabah" ilk matçında Qətərdən “Əl-Sədd”i 3:1 hesabı ilə üstələyib.

