"Sabah" ərəblərdən sonra almanlarla – Bu gün yoxlama olacaq

15 İyul 2023 12:40 Sabah 678
"Sabah" ərəblərdən sonra almanlarla – Bu gün yoxlama olacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gələcək.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti