“İctimaiyyət və azarkeşlər “Sabah”ın Konfrans Liqasındakı çıxışını çox böyük maraqla, ümidlə gözləyirlər”.
Bu sözlər Masazır klubunun sabiq idman direktoru Emin Abbasova aiddir.
O, tarixində ilk dəfə avrokuboklara qatılacaq “Sabah”dan gözləntilərin böyük olmasını açıqlayıb:
“Murad Musayevin komandası ötən mövsüm ərzində çox maraqlı oyun sərgilədi. Bu gün azarkeşlər arasında “Sabah”ın Konfrans Liqasında qruplara düşəcəyinə inananlar çoxdur.
Avstriyada ərəblərlə keçirilən yoxlama oyunu da göstərdi ki, komandada hər şey öz qaydasındadır və Musayev öz futbol fəlsəfəsini davam etdirir”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

